İsveçdə Dünya Azərbaycanlıların Həmrəlik gününə həsr olunmuş konsert keçirildi

OXUNUB: 1009 MƏDƏNİYYƏT

İsveçin paytaxtı Stockholm şəhərində 31 dekabr-Dünya Azərbaycanlıların Həmrəlik gününə həsr olunmuş möhtəşəm konsert keçirildi. 

 Konsert SAF - İsveç Azərbaycan birliyinin sədri Sevda Dadaşova və İnternational Media Groupun sədri Rahim Sadiqbəyli tərəfindən təşkil olunub. Konserdə Azərbaycandan gələn əməkdar artistlərimiz İlqar Muradov, Rühəngiz Allahverdiyeva, Səlim Abbasov, Elçin Şəfizadə və Anar Abbasov çıxış ediblər və sənətçilərin viza işlərində yardım edən Azərbaycan Respublikasının İsveçdə olan Səfirliynin əməkdaşı Günəş Rüstəmzadəyə, SAF-ın sədri Sevda Dadaşova öz təşəkkürlərini bildirdi. 

Konsertin fəyal iştirakçılarından biri də "SAF” milli uşaq rəqs qrupu oldu. Qeyd edək ki, "SAF” Avropada ilk və yeganə milli rəqs qrupudu və xaricdə yaşayan uşaqların bu yolda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dəstəyi üçün Sevda Dadaşovaya dərin təşəkkürlərini bildirdi! 

SAF-ın konsertdə daha bir sürprizi, İsveçli müğənni Kate Christina Roxenhall "Sarı gəlin” mahnısını canlı ifa etməsi oldu. Konserti İsveçdə yaşayan tanınmış yazıçı Eluca Atalı apardı. SAF, İsveç-Azərbaycan birliyinin sədri Sevda Dadaşova vurğuladı: "Hər millətin gücü onun sayında yox, onun birliyindədi! Azərbaycan xalqı həmrək olub( mən bunun şəxsən canlı şahidiyəm), həmrəkdi və hər zaman bələ olacaq və burda yığışmağımız bir başa sözlərimin subutudu!”/Azmedia.az

İcmal.Az

RƏYLƏR