İt ovçunu "güllələdi"

OXUNUB: 675 DÜNYA

Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda ov zamanı bir kişi ölüb.

 64 yaşlı yerli sakin ov ərazisinə gələrək avtomobilin baqajında saxladığı iki köpəyini açıb buraxıb. Bu zaman oynaşan hevvanlardan birinin pəncəsi yanlarında olan "TOZ-34" markalı ov tüfənginin tətiyinə toxunub. Silahdan açılan güllə ovçu qarın nahiyəsinə tuş gəlib.

O, atəş səsinə gələn yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb./trend

 

İcmal.Az

RƏYLƏR