İtaliyada birinci Azərbaycan film festivalı başa çatıb

OXUNUB: 1028 MƏDƏNİYYƏT

Romanın "Villa Borghese” parkındakı tarixi "Casa del Cinema” kino evində keçirilən İtaliyada Birinci Azərbaycan Film Festivalı iyunun 24-də başa çatıb.

 İcmal.Az xəbər verir ki, rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino” filmi nümayiş edilib.

Festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən "Əbədi ezamiyyət” sənədli filminin nümayiş ilə başlanılıb.

Festivalın sonuncu günü Arzu Əliyevanın baş prodüseri olduğu "Bir günəş altında” sənədli filmi nümayiş olunub.

Həmin gün Azərbaycanın Xalq Yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı” pyesi əsasında çəkilmiş "Hökmdarın taleyi” bədii filmi də nümayiş etdirilib.

Sonra festival "Nabat” bədii filminin nümayişi ilə davam edib.

Festival "Həddən artıq uyğunluq” bədii filminin təqdimatı ilə başa çatıb.

İcmal.Az

 




RƏYLƏR