İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb

OXUNUB: 247 Özəl DÜNYA
İtaliyanın Trentino və Veneto bölgələri arasında yerləşən Marmolada dağında buzlaqın qopması nəticəsində baş verən qar uçqunu nəticəsində ölənlərin sayının 7-yə yüksəldiyi bildirilib.

7NEWS.az xəbər verir ki, İtaliyanın Trentino və Veneto bölgələri arasında Alp dağlarının bir hissəsini təşkil edən Dolomit dağlarının ən yüksək nöqtəsi olan Marmolada dağında dünən buzlaqın qırılması nəticəsində uçqun baş verib. Bildirilib ki, hadisə yerində başlanan axtarış-xilasetmə işlərindən sonra həyatını itirənlərin sayı 7-yə çatıb, 8 nəfər isə yaralanıb.

7NEWS.az

RƏYLƏR