İtaliyanın ən təhlükəli mafiyasının başçısı öldü

OXUNUB: 739 DÜNYA

Siciliyanın "Koza Nostra” mafiyasının başçılarından biri olan 87 yaşlı Salvatore (Toto) Riina Parmada dünyasını dəyişib.

Bu barədə "La Repubblica" xəbər verir.

Nəşr bildirir ki, keçirdiyi iki əməliyyatdan sonra Riina son beş gün komada olub.

Riinaya alçaq boyuna görə "Bəstəboy” ləqəbi verilmişdi. Ona "bosların bosu” deyirdilər.

Riina 1993-cü ilin yanvarında Palermoda həbs edilmişdi. Onun ömürlük həbs cəzası çəkdiyi müddətdə 40 nəfərin qətlində şəxsən iştirak etdiyi bildirilir. /oxu

İcmal.Az

RƏYLƏR