İtkin düşən 3 yaşlı qızı öldürüb babasının qəbrində basdırdılar? - Polislər məzarı açanda ŞOK OLDU

OXUNUB: 1362 DÜNYA
Türkiyədə daha bir uşaq itkin düşüb. 

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 10-da Tokatın Turhal bölgəsində yerləşən çadırlarının qarşısında qardaşı ilə oynayarkən yoxa çıxan 3 yaşlı Evrim Atış haqqında polislərə axtarışın istiqamətini dəyişdirəcək məlumat daxil olub. Məlumatda balaca Evrimin 1 il bundan öncə ölmüş babası Sadık Atışın qəbrində dəfn edildiyi bildirilib. Polislər dərhal qəbri açdırsalar da orada Evrimə aid heç bir izə rast gəlməyiblər. Qəbri yenidən bağladıqdan sonra polislər kiçik qızın axtarışını dayandırıblar. Axtarış bu gün səhər saatlarından yenidən başlanılıb. 

İtkin düşən Evrimin öldürülüb kənd qəbiristanlığına basdırılma ehtimalı üzrə polislər Mavi və Yenisu kənd məzarlıqlarında araşdırmalara başlayıblar. Lakin həmin məzarlıqlarda kiçik qıza aid heç bir izə rast gəlinməyib. 



 

İcmal.Az

RƏYLƏR