IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

OXUNUB: 81 MƏDƏNİYYƏT

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini yekunlaşdırıb.

Mərasimdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, forum çərçivəsində təmsil etdiyi qurum 13 tədbir keçirib.

O, Azərbaycanın keçirdiyi forumu yüksək qiymətləndirib: "Şərq və Qərbin ortasında olan Azərbaycan bizə kömək edir və bu kimi tədbirlər keçirir. Biz əlaqələri gücləndirməli və burada müzakirə olunanları həyata keçirməyə çalışmalıyıq”.

BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasser isə bildirib ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq get-gedə daha böyük əhəmiyyət daşıyır: "Azərbaycan rəhbərliyinə bu işə verdiyi dəstəyə görə təşəkkür edirəm. Mən gözləyirəm ki, bu istiqamətdə Azərbaycanla daha sıx əməkdaşlıq edəcəyik. Biz ərzaq təhlükəsizliyi sahəsində də birgə işləyirik. Oktyabrda Romada birgə tədbirimiz baş tutacaq. Gələn il Bakı prosesinin 10 illiyi qeyd ediləcək. O zaman bu işə töhfə verən şəxslərə mükafatlar veriləcək”.

İSESCO baş direktou Osman Əl Tüveycri isə bildirib ki, dünya fobiyaları, ayrı-seçkilikləri, insanlara nifrəti aradan qaldırmalıdır: "Bu forum əslində bir başlanğıcdır. Biz bu işi davam etdirməliyik. Bu sahədə İSESCO etibarlı tərəfdaşdır”.

Bağlanışda Ümumdünya Turizm Təşkilatının, Avropa Şurasının  və BMT ƏKTT nümayəndələri çıxış ediblər./apa

 İcmal.Az


RƏYLƏR