İvanka Trampı heyran qoyan azərbaycanlı ixtiraçı Bakıda – FOTO

OXUNUB: 966 SOSİAL

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidentinin qızı, eyni zamanda, müşaviri olan İvanka Trampın Hindistanda keçirilən bir beynəlxalq konfransda fəxrlə təqdim etdiyi azərbaycanlı qız Reyhan Camalova Bakıya qayıdıb.

 R. Camalovanı coşqu ilə qarşılayıblar. Yaxınları əldə etdiyi uğur münasibətilə onu təbrik ediblər.

Reyhan Camalova ixtirası və GES haqqında da fikirlərini bölüşüb. 

Onun sözlərinə görə, "Rainergy” qurğusunun kütləvi buraxılışı üçün artıq sərmayədarlar müəyyən təkliflər irəli sürüblər.

"Rezervuarda toplanan yağış suyu yüksək sürət və təzyiqlə aşağıdakı generatoru hərəkətə gətirir. Bu enerji akkumulyatorda toplanır və insanlar ehtiyacları olduğu zaman həmin enerjidən istifadə edə bilərlər”.

"GES-dən gözləntilərim çox böyükdür. GES mənim gələcək uğurlarım üçün qızıl açardır”, - Reyhan Camalova bildirib./oxu

 

İcmal.Az

RƏYLƏR