İzzət Bağırova görə döyülən şəxsin görüntüləri yayıldı: Vəziyyəti ağırdır - FOTO/VİDEO

OXUNUB: 1238 GÜNDƏM HADİSƏ TƏHLİL

Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə zamanı döyüldüyü üçün ağır vəziyyətə düşən şəxsin görüntüləri yayımlanıb və yaxın qohumu baş verənləri danışıb.

Paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Hadisə zamanı müğənni İzzət Bağırovun Elməddin Abbasovla  mübahisəsi yaranıb. Elməddin Aslanov İzzət Bağırovdan niyə mənə tərbiyəsiz dediniz?” sualını verən zaman İzzət Bağırovun mühafizəçiləri Elməddin Aslanovu vurmağa başlayıb. Bu zaman ailə üzvləri hadisəyə müdaxilə ediblər. Hadisə zamanı Novruz Aslanov və Asif Nəbiyev küt alət olan beşbarmaqla İ.Bağırovun mühafizəçiləri tərəfindən döyülüb. Mübahisəyə səbəb isə qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti mərasimi yarımçıq tərk edib.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər Aslanlov Novruzun və Nəbiyev Asifin vəziyyətini ağır qiymətləndirirlər.

İcmal.Az "A24.az”-a istinadən baş verənləri təfərrüatı ilə "dbtv” kameralarına danışan şəxsin videogörüntüsünü təqdim edir:

 

İcmal.Az

RƏYLƏR