İzzət toydakı davadan danışdı: Məni hamı tanıyır

OXUNUB: 778 ŞOU-BİZNES

"Heç kimlə dalaşmamışam. Qarşı tərəf məlumatı başqa cür yayıb. Sadəcə, mən şou proqramda çıxış edən zaman hadisə baş verib”. 

İcmal.Az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında müğənni İzzət Bağırov deyib. Sənətçi dünən "Neolit" restoranında baş verən davada köməkçisinin də zədə aldığını qeyd edib: "Köməkçim dalaşan şəxslərin arasında qalmışdı, onu da vurublar, zədə alıb. Elə yazıblar ki, guya mən bunu etdirmişəm. 27 ildir ki, səhnədəyəm. Hələ yanımda cangüdən gəzdirməmişəm. Məni hamı tanıyır. Uzaqbaşı yanımda bir işçim olub. Yayıblar ki, cangüdənim adam vurub.

Tutaq ki, mühafizəçim olub, mənim üstümə kimsə cumsa, qorumayacaq? Bir daha deyirəm, hadisə mən oxuyan vaxt baş verib, hər şey də üstümdə qalıb. Qonaqlar bir-birini eşitmirdilər, içkili idilər. Heç kim bir-birinə qulaq asmaq istəmirdi. Aləm birdən-birə qarışdı. Məsələni polis araşdırır. Daha sonra vəkilim dəqiq məlumat yayacaq”.

 

İcmal.Az

RƏYLƏR