Jirinovski separatçıların Qarabağ danışıqlarında iştirakını dəstəklədi

OXUNUB: 636 DÜNYA

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimir Jirinovski Rusiyanın "Naşa Sreda” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində separatçıların iştirakı məsələsini şərh edib.

İcmal.Az xəbər verir ki, jurnalistin sualını cavablandıran Jirinovskinin sözlərinə görə, istənilən danışıqlar doğrudur və əlbəttə ki, orada münaqişə tərəflərinin hamısı iştirak etməlidir. 

"Dağlı Qarabağın nümayəndələri də burada iştirak etməlidir və onlar öz torpaqlarının taleyini həll etməlidir. 

Danışıqlar uzunmüddətli və nəticəsiz ola bilər. Ancaq o, müharibədən yaxşıdır”, - o deyib. 

Onun sözlərinə görə, Rusiya imperiyası və SSRİ-nin vaxtında etnoslararası və ya ərazi münaqişələri olmayıb. 

"Ölkə bütöv idi: ruslar, ermənilər və azərbaycanlılar. 

Razılaşarsınız ki, böyük ailə ilə bir evdə yaşamaq və kiçik ailələrlə eyni mənzildə yaşamaq fərqlidir. Buna görə postsovet məkanında münaqişələri həll etmək üçün bir böyük ölkəni bərpa etmək lazımdır”, - Jirinovski deyib.

İcmal.Az

RƏYLƏR