Jurnalist ANS-in rəhbərliyini məhkəməyə verir

OXUNUB: 940 SOSİAL

Jurnalist Ülviyyə Alovlu fəaliyyəti dayandırılmış "ANS” telekanalını məhkəməyə verir. 

O, bu barədə sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, bu, onun şirkətə sonuncu xəbərdarlığıdır: "Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm!

Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki - "sabahlarla" başımı bişirməyinizdən təngə gəldim artıq!”./qafqazinfo

 


İcmal.Az

 

RƏYLƏR