Kaliforniyada təxliyə var - Meşələr yanır

OXUNUB: 548 DÜNYA
Kaliforniyada meşə yanğınları səbəbiylə 40-50 min sakin təxliyə ediləcək. İCMAL.az-ın məlumatına görə, Tick ("Gənə") adı verilən yanğın, artıq Los Anceles dairəsində beş min akr (iki min hektardan çox) ərazini əhatə edib. Santa Clarita şəhərinin rəsmisi Robert Lyuisin sözlərinə görə, 40-50 min sakinin təxliyəsi əmri verilib. Hazırda yanğınla mübarizədə 500-ə yaxın yanğınsöndürən, dörd helikopter və dörd yanğınsöndürən təyyarə iştirak edir.

RƏYLƏR