"KamAZ" ana və 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb

OXUNUB: 497 HADİSƏ

Salyan rayonunda "KaMAZ" ana və 4 yaşlı uşağının üstündən keçib.

İcmal.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Boranıkənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1997-ciil təvəlüdlü Ərmulla Nurulla oğlu Aslanov idarə etdiyi "KaMAZ" madrkalı yuk maşını ilə hərəkətdə olarkən kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədov Əli Sahil oğlunun üstündən keçərək öldürüb, uşağın anası Günel Hurulla qızı Məmmədova isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR