Kamran Həsənli - Samir Piriyev qalmaqalı: 85 mini qaytarmayıb

OXUNUB: 812 ŞOU-BİZNES

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir.

Bu barədə ölkə.az-a S.Piriyevin hüquqlarını müdafiə edən hüquqşünas Ruslan Əhmədoğlu deyib.

"Bildiyiniz kimi, Nərimanov rayon prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə başlanılmış cinayət işi artıq il yarımdır ki, süni şəkildə yubadılır. Kamran Həsənli Samir Piriyevə külli miqdarda ziyan vurub, bacısı Gülərlə əvvəlcədən əlbir olaraq və etibardan sui-istifadə edib aldadaraq mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb. Yerdə qalan 85 min dolları isə hələ də qaytarmaq fikri yoxdur!

İstintaq zamanı Türkiyəyə bu işlə müəyyən sorğular göndərməklə istintaq dayandırılmışdı. Əgər Kamran Həsənli nəinki Samir Priyevə, hətta özünə məxsus heç bir səhm göstərə bilmirsə, hansı beynəlxalq tapşırıqdan söhbət gedə bilər? Aydın məsələdir ki, Türkiyədən mövcud olmayan şirkət barəsində və səhmlə bağlı hər hansısa cavab gəlməyəcək. Onda belə çıxır ki, Samir Piriyev Bakıda əlbəəl verdiyi pulu almaq üçün Türkiyədən hansısa cavab gözləməlidir? Belə çıxır ki, istənilən şəxs Bakıda dələduzluq yolu ilə aldadıb kiminsə pulunu mənimsəyib, sonra hüquq-muhafizə orqanlarına ifadə verərək "pullar Nigeriyada və ya Afrikadadır” deməklə məsuliyyətdən azad olacaq?”.

R.Əhmədoğlu işi aparan müstəntiq barədə də danışıb: "Bu iş savadsız, təqaüd yaşına çatmış bir müstəntiqin əlində idi. İş ondan alınaraq başqa müstəntiqin icraatına verilib. O, gedər-gəlməzə sorğu göndərib, illərlə gözləyirdi. Budur obyektiv aparılan cinayət işi? Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlinin havadarlarının ikisi vəzifədən kənarlaşladırılıb. Bəs indi kimdir cinayət işinə mane olan? Bütün nazirliklərdə beynəlxalq şöbələr mövcud ola-ola, mövcud olmayan şirkət barədə cavab almaq bu qədərmi çətindir? Ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm, bu işi nəzarətə götürsünlər. Çünki artıq bu cinayət sübut olunub və alternativ variant yoxdur”./ölkə

İcmal.Az

RƏYLƏR