Kanada terror təşkilatı ilə hərbi əməkdaşlığa SON QOYDU - 9,5 milyonluq silah bu ölkəyə veriləcək

OXUNUB: 107 DÜNYA

Kanada 3 ildən çoxdur İraqda Peşmərgə qüvvələri ilə davam etdirdiyi hərbi əməkdaşlığa son qoyub.

İcmal.Az xəbər verir ki, bu barədə Kanadanın baş qərargah rəisi Conatan Vans bildirib.

O, ötən il payızda Peşmərgə ilə İraq ordusu arasında yaşanan qarşıdurmadan sonra bütün hərbi yardımların ləğv edildiyini bildirib. Həmçinin, qeyd edib ki, Kanada Xüsusi Təyinatlılarının peşmərgələrlə yeritdiyi ortaqlıq Mosulun İŞİD terror təşkilatından azad edilməsi səbəbilə başa çatıb. Buna görə Kanadanın kürd qüvvələrinə silahlandırma planına davam etməsi üçün hər hansı səbəb qalmayıb.

Baş qərargah rəisi vurğulayıb ki, federal hökumətin İraqdakı İŞİD-çilərlə savaşan kürd qüvvələrinə milyonlarla dollar dəyərində ağır silahlar verməsinə artıq gərək yoxdur: "Bu planın son məqsədi İraq ordusunun peşmərgələrin və koalisiya qüvvələrinin Mosulu İŞİD-dən geri almasına yardım etməsi idi. Bu məqsəd həyata keçdiyinə görə, silahların kürdlərə verilməsinə gərək qalmadı. Silahları göndərmək bir məcburiyyət idi. Missiyanın başa çatması üçün belə lazım idi”.

Qeyd edək ki, Kanada ötən il bölgədəki İŞİD ünsürlərinin ortadan qaldırılması üçün Peşmərgə qüvvələrinə avtomat, bombaatan, tank əleyhinə raketlər verəcəyini açıqlamışdı. Lakin bu silahlar hələ də Montrealdakı Kanada Silahlı Qüvvələrinin deposunda mühafizə edilir. Kürdlərin Şimali İraqda başlatdığı müstəqillik prosesindən sonra silahların verilməsinin dayandırıldığı ortaya çıxıb.

Bu arada, Kanada ana müxalifət partiyası olan Mühafizəkarların lideri Endryu Şir Peşmərgələr üçün nəzərdə tutulan 9,5 milyon dollarlıq silahların Ukraynaya verilməsini təklif edib./publika

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}