Kanadada aviaqəza zamanı möcüzə: Hamı sağ qaldı – YENİLƏNİB + VİDEO

OXUNUB: 646 DÜNYA

Kanadada aviasiya tarixində nadir hadisələrdən biri baş verib. 

 Göyərtəsində 25 nəfər olan təyyarə hava limanından qalxan kimi qəzaya uğrayıb.

Aviaqəza zamanı təyyarənin göyərtəsində olanların hamısı sağ qalıb. Bir neçə nəfər xəsarət alıb. Xilasedicilər bildiriblər ki, qəza nəticəsində ətrafda hər yerə benzin tökülüb, lakin xoşbəxtlikdən yanğın baş verməyib./oxu

09:18

Kanadada "West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

İcmal.Az

RƏYLƏR