Kanadada qarşıdurma: Azərbaycanlılara xəsarət yetirən ermənilər saxlanıldı

OXUNUB: 540 DÜNYA HADİSƏ
Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların Qarabağı müdafiə edən, Azərbaycan dövlərini müdafiə edən dinc aksiyaları bütün dünyada geniş əks səda yaradıb.

 

Artıq bütün dünya Azərbaycanın haqlı olduğunu, Qarabağın Azərbaycan torpaqları olduğun qəbul edir. Bu mübarizəyə sivil reaksiya verməkdə çətinlik çəkən erməni diasporu barbar üsulla azərbaycanlıların qarşısına çıxır.

 

Küçədə, digər yerlərdə azərbaycanlılara qrşı fiziki təzyiq, işgəncə verməkdə davam edirlər. Bunun isə bir səbəbi var. Azərbaycan diasporu erməni diaspor mifini son 20 gün ərzində yerlə yeksan etdi.

 

Ona görə də həm Ermənistan, həm də erməni diasporu buz kimki əriyən erməni diasporunun bu halını qəbul edə bilmirlər.

 

Modern.az-ın xəbərinə görə, elə bu saatlarda Kanadada, Totontonun azərbaycanlılar çox yaşayan North York bölgəsində ermənilər həmyerlilərimizin maşınlarını əziblər. Sonra bir neçə azərbaycanlıya xəsarət yetiriblər.

 

Hadisə yerinə yüzlərlə azərbaycanlı toplaşıb. Bundan sonra ermənilər qaçıblar.

 

Torontoda yaşayan azərbaycanlı jurnalist, GLOBAL JOURNALİSM COUNCİL-in Kanada təmsilçisi Lalə Musaqızının verdiyi məlumata görə, artıq Kanada polisi hadisə yerindədir. Ermənilər saxlanılıb. Hadisə baş verən yerlə qırmızı lentlə bağlanılıb. Azərbaycan diaspor nümayəndələri elə bu saatlarda məsələnin hüquqi həlli üçün fəaliyətə başlayıblar.

 

Lalə Musaqızı bildirib ki, Kanada hüququn aliliyi təmin edilən ölkədir. Azərbaycanlılar öz hüquqlarını müdafiə edəcəklər. Mütləq erməni cinayətkarlar cəzalarını alacaq.
 

RƏYLƏR