"KAPİTAL BANK"DAN KOBUD SƏHV: MÜŞTƏRİLƏRİN MAAŞI AÇIQLANDI, 2 MİN MANAT...

OXUNUB: 2369 HADİSƏ BANK
Xəbər verdiyimiz kimi, 13 yanvar 2018-ci il tarixədək "Kapital Bank"ın ödəniş kartları ilə məvacib alan müştərilər "13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazanıblar.

EkoNews xəbər verir ki, yanvarın 16-da baş tutan lotereya tirajı zamanı "Kapital Bank"dan məvacib alan 10 nəfər müştəri təsadüfi seçimlə qalib elan olunub. Məbləğ yaxın günlərdə müştərinin əmək haqqı kartına köçürüləcək.

Lakin bank qaliblərin adını elan edən zaman kobud səhvə yol verib. Belə ki, "Kapital Bank" konfedensiallığı pozaraq qaliblərin hamısının adını soyadını, atasının adını açıqlamalaqla yanaşı, onların aldığı əmək haqqının məbləğini də bankın rəsmi saytında yerləşdirib. Daha sonra düzəliş edilərək əmək haqqının məbləği saytdan çıxarılıb. 


RƏYLƏR