Karantin qaydalarını pozaraq ad günü təşkil edən xanım Bakı Metropoliteninin əməkdaşıdır-FOTO

OXUNUB: 916 HADİSƏ
Bu günlərdə paytaxtın Xəzər rayonundakı  "Golden Beach" istirahət mərkəzində xüsusi karantin rejim qaydalarını pozduqlarına görə  polis bölməsinə aparılan qızlardan biri haqqında redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumata görə ad gününün təşkilatcısı Mədinə adlı xanım həm də Bakı Metropoliteninin əməkdaşıdır.. 

Qeyd edək ki,  qeyd olunan hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
 
Qeyd edək ki, bir neçə gün öncə Alov Qüllələrində  hovuz başında karantin qaydalarını pozaraq istirahət edən jurnalist Mələk Heydərova işlədiyi media şirkətindən uzaqlaşdırılıb.
Maraqlıdır görəsən Bakı Metropoliteninin rəhbırliyi də eyni həssasiyyəti öz əməkdaşına göstərəcəkmi?/Vətəninfo.az
 

 

RƏYLƏR