Karantində olan “qədim peşə sahibləri”nə maddi yardım edə bilər

OXUNUB: 1060 DÜNYA

Yaponiya dövləti koronavirusa görə karantində olan fahişələrə maddi kömək edə bilər.

Bu barədə CNN xəbər verib.

Dövlət koronavirusun insanlara vurduğu iqtisadi zərəri yumşaltmaq üçün 108 trilyon yapon yeni (təxminən 989 milyard dollar) həcmində stimullaşdırıcı paket ayırıb.

Koronavirus infeksiyasının yayılması və karantin tədbirlərinin tətbiqi ilə yapon "qədim peşə sahibləri” gəlir mənbəyindən məhrum olublar.

Fahişələr də kömək üçün müraciət etmək hüququna sahibdirlər, lakin buna görə hökumətin təyin etdiyi şərtlərə əməl etməli olacaqlar. Ancaq fahişələrin özləri yardımın ediləcəyinə şübhə ilə yanaşırlar.

"Hökumət hər kəsin kömək istəyə biləcəyini kifayət qədər açıq şəkildə bildirməyib. İşsiz, aclıqdan ölə biləcək bir çox insan var”, - deyə fahişələrdən biri - Mika adlı qadın CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, maddi yardım tələbləri bir çox yüngül həyat tərzi keçirən qadınlar üçün şübhəli görünür, çünki Yaponiyada fahişəlik rəsmi şəkildə qadağandır. Mika dəstək almaq üçün şərtlərin aydın olmadığını bildirib: "həmkarlar”ının əksəriyyəti gəlir itkisini sübut edə bilmirlər, belə ki, bir çox hallarda "qara pul” alırlar.

RƏYLƏR