Karateçilərimiz 4 medal qazandılar - FOTO+YENİLƏNİB

OXUNUB: 1201 İDMAN

 

Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında medalların sayını 4-ə çatdırıblar.

Azərbaycan Milli Karate Federasiyasından 7NEWS.az-a verilən məlumata görə, Rusiyanın Soçi şəhərində yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb. Yeniyetmələrdə avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib. Rusiyalı idmançı ilə final görüşündə müəmmalı xal itkisi Mədinə Sadıqovaya gənc karyerasının ilk gümüş medalını qazandırıb.

Fevralın 3-də həmçinin qitə çempionatının təntənəli açılış mərasimi keçirilib. Turnirin təşkilatçıları və EKF rəsmiləri çıxış edərək idmançılara uğurlar arzulayıb, Olimpiya idman növü olduqdan sonra karatenin dünyada daha da populyarlaşmasını xüsusi qeyd ediblər. Çıxışların ardından rəsmi tədbir bədii hissə və yarışın final görüşləri ilə davam edib.

Ümumi nəticədə 4 qızıl, 1 bürünc və 1 gümüş medalla Azərbaycan mükafat qazana bilən 28 ölkə arasında 5-ci yeri tutub. 

 

Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.




RƏYLƏR