Karyakin Şvarseneggerə xüsusi şahmat hədiyyə edib

OXUNUB: 796 İDMAN

Rusiyalı qrossmeyster Sergey Karyakin dünya şahmat tacı uğrunda matçın təşkilatçıları ilə birlikdə ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib.

İcmal.Az TASS-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər şahmat üzrə dünya çempionatının "Instagram" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Arnold Şvarsenegger ürəyindəki problemlər səbəbindən Los-Ancelesdə əməliyyat edilib.

"Biz gördük ki, Şvarsenegger əməliyyatdan sonrakı bərpa zamanı şahmat oynayır və ona seçmpionat matçının rəsmi dəstini göndəririk. Tezliklə sağalın və matçı izləmək üçün Londona gəlin", - deyə videogörüntüdə bildirilir.

Şahmat üzrə dünya çempionatı norveçli Maqnus Karlsonla ABŞ-dan olan Fabiano Karuana arasında noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Karyakin 2016-cı ildəki dünya tacı uğrunda matçda Karlsenə məğlub olub. 

 

İcmal.Az

RƏYLƏR