Kate Christina Roxenhall və Səlim Abbasov “Sarı gəlin” mahnısını canlı ifa etdilər – STOKHOLMDA (VİDEOLAR)

OXUNUB: 1177 MƏDƏNİYYƏT

İsveçin paytaxtı Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

7NEWS.azxəbər verir ki, Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin və Beynəlxalq Media Qrupun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və türk diasporlarının üzvləri, habelə yerli ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Mərasim bədii hissə ilə davam edib. Əvvəlcə İsveç-Azərbaycan Dərnəyinin nəzdində fəaliyyət göstərən "Baku land” dil və rəqs kurslarının yetirmələri Azərbaycan milli rəqslərini ifa ediblər. Sonra Azərbaycanın Əməkdar artistləri İlqar Muradov, Ruhəngiz Allahverdiyeva, Səlim Abbasov, habelə musiqiçilər Elçin Şəfizadə və Anar Abbasov sevilən xalq və bəstəkar mahnılarını səsləndiriblər.

Tədbirin ən maraqlı hissəsi isə isveçli qonaq Kate Christina Roxenhalla Səlim Abbasovun "Sarı gəlin” mahnısını canlı ifa etmələri olub. Azərbaycanın milli rəqsləri ilə davam edən mərasim tamaşaçıların böyük marağına səbəb olub.

7NEWS.az

 

RƏYLƏR