Kayahanın arvadı ilk dəfə sevgilisi ilə - fotolar

OXUNUB: 848 ŞOU-BİZNES
2015-ci ildə dünyasını dəyişmiş müğənni Kayahanın 22 illik həyat yodaşı İpek Açar 6 aydır eşq yaşadığı musiqiçi Alper Kömürcü ilə ilk dəfə görüntülənib. 

Cütlük Açarın qızı Aslı Gönülün xaricdə təıhsil almaq üçün imtahanlara girməsi üçün Ankaraya gedərkən hava limanında kameralara tuş gəlib. Sevgilisinin yanında olmasından xoşbəxt olduğunu bildirən İpek "Aslı ABŞ və ya İngiltərədə təhsil almaq üçün hər iki ölkənin imtahanlarına girəcək” deyib. 

Xatırladaq ki, İpek Açar Alperlə sevgili olmazdan əvvəl "İnsan ürəyi boş olanda onu doldurmaq istəyər. Kiminləsə sevgili olmaq ağlımın ucundan keçmir. Çünki mənim ürəyim Kayahanla doludur. Ürəyimin sahibi dünən də, bu gün də Kayahandır” demişdi. /axşam



İcmal.Az

RƏYLƏR