Keçmiş dünya çempionu yol qəzasında öldü

OXUNUB: 1051 DÜNYA
Boks üzrə sabiq dünya çempionu, meksikalı David Sançes yol qəzasında ölüb.

Hadisə 25 yaşlı D.Sançesin doğulduğu Sonore şəhərində baş verib. Məlumata əsasən, onunla birgə maşında olan qardaşı da dünyasını dəyişib.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən  David Sançes 2014-cü ilin yanvarından 2015-ci ilin sentyabrınadək Ümumdünya Boks Assosiasiyasının versiyasına görə dünya çempionu tituluna sahib olub./apa
 

İcmal.Az

RƏYLƏR