Keçmiş həyat yoldaşı ilə 15 min oğurlayan şəxs həbs olundu - VİDEO + FOTO

OXUNUB: 814 HADİSƏ

Paytaxtın Yasamal rayon sakini ərazi üzrə 27-ci polis bölməsinə müraciət edərək, mənzilindən 12 min manat, 1800 dollar və qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

 Hadisə Mirzə Fətəli Axundov küçəsində, evdə heç kəs olmayan vaxt törədilib.

Məsələ ilə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları ötən gün cinayəti törətməkdə şübhəli bilinən Elvin İsrafilov, Elnur Qarayev, Baba Sadıqov və onun keçmiş həyat yoldaşı Afiyə Sadıqovanı saxlayıblar. Saxlanılanlardan Baba Sadıqov cinayəti qrup şəklində törətdiklərini etiraf edib.

Baba Sadıqov – Saxlanılan şəxs: "Mən gedib evə baxdım. Gördüm ki, evdə heç kim yoxdu. Gəlib dedim ki, evdə heç kim yoxdu. Elvinlə Elnur getdilər evə. Elnur girdi evə. 15 min manat pul götürdük. 12 min idi, amma ev yiyəsi deyir ki, 15 mindir. 3700 manat mənə verilib. Mənə verilən pulu verdim keçmiş həyat yoldaşıma, saxlamağa. İstəyəndə dedi ki, qorxmuşam, tullamışam. Pul yoxdur məndə”.

Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanıb. Polis onların analoji cinayətlərinin olmasını da istisna etmir./ arb tv

 

İcmal.Az

RƏYLƏR