Keçmiş icra başçısının qızı Ali Məhkəməyə müraciət etdi

OXUNUB: 686 HADİSƏ

Dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 29-na təyin edilib.

İşə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub.

O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayevanın apellyasiya şikayəti təmin edilməyib.

İcmal.Az

RƏYLƏR