Keçmiş məhkum 2 nəfəri bıçaqladı

OXUNUB: 750 HADİSƏ

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

İcmal.Az Trend-ə istinadən bildirir ki, avqustun 31-də Şirvan şəhərinin Xəqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.

 

İcmal.Az

RƏYLƏR