Keçmiş məhkumun evində 97 kiloqram narkotik aşkarlandı

OXUNUB: 670 SOSİAL

Pirallahı sakininin evindən 97 kiloqramdan artıq narkotik tərkibli çətənə kolu və marixuana aşkar olunub.

Bu barədə İcmal.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadə saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinə baxış zamanı altı kiloqram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Əlizadənin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kiloqram 500 qram olan 75 ədəd çətənə kolu da müəyyən olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və onlara xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İcmal.Az

RƏYLƏR