Kəmaləddin Heydərova görə atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

OXUNUB: 850 index-manşet HADİSƏ
Lerik rayonu Piran kənd sakini Ərəstun Bayramov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova müraciət edib.

Pravda.az-a daxil olan müraciətdə deyilir:

"Lerik rayon Piran kəndində mənə məxsus fərdi yaşayış evim var və hazırda öz ailəmlə o evdə yaşayıram. 12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır. Bununla bağlı Fövqaladə Hallar naziri oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik. Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirmişdir ki,"fərdi yaşayış eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq".

Çox hörmətli ağsaqqalımız ümidvaram ki, səsimə səs verib mənə köməklik göstərərsiz. Hazırda ev tamamilə yararsız hala düşüb və yaşamaq mümkün deyil, belə getsə, divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək və evimin isə bərpası münkün deyil. Bu acınacaqlı şəraitdə 3 ailə bir yerdə yaşayırıq. Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz bizim bu acınacaqlı vəziyətimiz haqqında ona danışıb məni 2 ildən artıq süründürməyə salan məmurların əlindən qurtarasız. Bir də necə pul yoxdur ki, pandemiya dövründə dövlət büdcəsinə FHN də pul köçürüb".

RƏYLƏR