Kəmaləddin Heydərovun həyat yoldaşı tenderin qalibi oldu — MƏBLƏĞ

OXUNUB: 1297 İQTİSADİYYAT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub. Tenderdə ofis yerinin icarəsi nəzərdə tutulub. Tenderin qalibi fiziki şəxs Heydərova Ruhəngiz Muxtar qızıdır.”

 

7News.Az-ın Pravda.az-a istinadən xəbərinə görə, dövlət qurumu olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəsi üçün ona 48 min 840 manat ödəyəcək.

 

Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir, həm də YAP Qadınlar Şurasının üzvüdür.

 

 R.Heydərova Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri isə Rəvan Həsənovdur. O, deputat Aqil Abbasın bacısı oğludur.

RƏYLƏR