Kəmaləddin Heydərovun şirkəti məhkəməyə verildi — ÖZƏL

OXUNUB: 731 İQTİSADİYYAT HADİSƏ

"Aqro Kompleks Qəbələ ” MMC "GP Stock Feed” MMC-ni məhkəməyə verib.


 Demokrat.az-ın əldə etdiyi məlumata görə, "Aqro Kompleks Qəbələ ” MMC "GP Stock Feed” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.


Qeyd olunub ki, "GP Stock Feed”MMC-nin "Aqro Kompleks Qəbələ ” MMC-yə külli miqdarda borcu yaranıb.


"Aqro Kompleks Qəbələ ” MMC-nin iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılıb.


Hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutan iclasda məlum olub ki, "Aqro Kompleks Qəbələ ” MMC-nin iddia ərazisən hazırkı mərhələdə baxılması mümkün deyil.


Hakim qeyd edib ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.


Hazırkı iş üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, həmin ərizə və sənədlər elektron kabinet vasitəsilə göndərilməyib.


Bu səbəbdən hakim iddia ərizəsinin geri qaytarılması barədə qətnamə qəbul edib.


Qeyd edək ki, "GP Stock Feed” MMC Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsusdur. 


7News.Az

RƏYLƏR