Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradıldı - FOTO

OXUNUB: 961 İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.

İcmal.Az xəbər verir ki, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. 

Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən nazir bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. 

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.

 

İcmal.Az

RƏYLƏR