“Kəpəz” braziliyalı futbolçularla müqavilə bağladı

OXUNUB: 104 İDMAN

"Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib. 

 Gəncə klubu braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. 

Dario cari mövsümün sonunadək, Souza isə bir il müddətində bu komandanın şərəfini qoruyacaq.

Xatırladaq ki, Dario Frederiko əvvəlki iki mövsümdə "Kəpəz”in heyətində çıxış edib. O, "Kəpəz”dən ayrılıb Koreyanın "Seonqnam” klubuna keçsə də, orada uğurlu çıxış etmədiyi üçün geri qayıdıb. Dieqo Souza isə əvvəl "Xəzər Lənkəran” və "Zirə”də çıxış edib. O, üçüncü dəfə Azərbaycana qayıdır. /oxu 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}