"Kəpəz" "İnter" üçün başladı

OXUNUB: 168 GÜRCÜSTAN CƏNUBİ QAFQAZ index-manşet MARAQLI
Topaz Premyer Liqasının XXVIII turunda Gəncədə "İnter”i qəbul edəcək "Kəpəz” bu gündən məşqlərə başlayıb.
 
Sport7.az xəbər verir ki, ötən tur AZAL üzərində qazanılan qələbədən sonra bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən və istirahət edən komanda qarşıdakı görüşə paytaxtda hazırlaşacaq.
 
Gəncə təmsilçisi "İnter"lə oyunun hazırlıqlarına itkisiz start verib. Komandanın baş məşqçisi Şahin Diniyev saytımıza açıqlamasında bildirib ki, yüngül zədəsi olduğu üçün AZAL-la matçı buraxan Dario Frederiko da artıq komanda ilə birgə məşqlərə start verib. 
 
Qeyd edək ki, "Kəpəz" - "İnter" oyunu aprelin 29-da baş tutacaq.

Sport7.az

RƏYLƏR