Kərəm Həsənov Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

OXUNUB: 1121 SOSİAL

İCMAL.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 31 yanvar 2018-ci il tarixində Şamaxı şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. QəbuldaŞamaxı rayonu ilə yanaşı, Ağsu və Qobustan rayonlarından olan sakinlərin müraciətlərinə də baxılıb.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların təyinatına uyğun istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi torpaqların təyinatının dəyişdirilməsi, kənd təsərrüfatı məqsədilə torpaqların icarəyə götürülməsi, fərdi yaşayış evlərinin qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsiilə bağlı olub. Vətəndaş müraciətlərində qaldırılan bir sıra məsələlər operativ olaraq həmin gün öz həllini tapıb. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq vətəndaşların iştirakı ilə yerindəcə araşdırılması və qanunvericiliyə əsasən həlli istiqamətində tapşırıqlar verilib. Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər qeydiyyata alınaraq, aidiyyəti üzrə göndərilməsi üçün komitə sədri tərəfindən tapşırıqlar verilib.

Qəbulun zamanı komitə sədri Kərəm Həsənov bildirib ki, ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. 2017-ci ildə 14 rayonda torpaqların kadastr uçotuişləri tamamlanmışdır. Digər rayonlar üzrə isə proses davam etdirilir.Torpaq uçotu işlərinin nəticəsində əldə edilmiş məlumatlarəsasında bələdiyyə xəritələri hazırlanır. 2017-ci ilərzində13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanmışdır.

Vətəndaşların diqqətinə çatdırılıb ki, bu sistemdə torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Sistem həmçinin torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqların aradan qaldırılmasına imkan yaradır.Bununla vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətlərinə uyğun olaraq parsellərin koordinatlarını müəyyən etmək imkanı yaranır, mülkiyyətçilər arasında yaranan mübahisələrin qarşısını alır, qeydiyyat prosedurlarını daha da optimallaşdırır, o cümlədən torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinin dövlət mexanizmi təkmilləşir, dövlət nəzarəti daha effektiv həyata keçirilir

Komitə sədri vurğulayıb ki, torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, onların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülür. Qəbul zamanı vətəndaşlara torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilib. Torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub.

Vətəndaşlara o da bildirilib ki, bilavasitə yerlərdə fəaliyyət göstərən komitənin mobil torpaq laboratoriyaları vasitəsilə fermerlər və kəndlilər onlara məxsus əkin sahələrinin münbitliyi barədə məlumatları,hansı növ bitkilərinəkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər. Vətəndaşların nəzərinə çatdırılıb ki, mülkiyyətçilər torpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə komitəyə müraciət edə bilərlər. Bu xidmətin bilavasitə yerlərdə göstərilməsi fermerlərin işini yüngüləşdirməyə, onların daha optimal və operativ qaydada xidmətdən yararlanmasına şərait yaradır.

Komitə tərəfindən həyata keçirilən bu tədbirlərin başlıca məqsədi vətəndaşlar tərəfindən ictimai xidmətlərdən istifadənin rahatlıq və əlçatanlığını maksimum təmin etmək, nəticə etibarı ilə əhalinin məmnunluq səviyyəsinin daha da artırmaqdır.


RƏYLƏR