Kəsiri olan tələbələr bir universitetdən digərinə köçürülə bilər — RƏSMİ

OXUNUB: 75 index-manşet SOSİAL
"Kəsiri olan tələbələr bir universitetdən digər universitetə və yaxud bir ixtisasdan digər ixtisasa köçürülə bilər”.

İcmal.Az-ın apa-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Bunun həm ali məktəblərə, həm də kolleclərə aid olduğunu deyən sektor müdiri qeyd edib ki, kəsiri olan tələbələr akademik borclarını köçürüldükləri universitetlərdə ödəyə bilərlər.

C. Valehov bildirib ki, ödənişli ixtisas üzrə təhsil alan tələbələr ödənişli ixtisasa, ödənişsiz ixtisas üzrə təhsil alan tələbələri isə yalnız ödənişsiz ixtisasa köçürülə bilər.
 
 
İcmal.Az

RƏYLƏR