“Keşlə”nin baş məşqçisi Yuri Maksimov azərbaycanlı futbolçuları təhqir etdi – “SOHNA HEÇ OLMASA TOP ÖTÜRƏ BİLİR”

OXUNUB: 2323 GÜNDƏM İDMAN

7NEWS.az xəbər verir ki, bu fikirləri "Keşlə”nin baş məşqçisi Yuri Maksimov"Keşlə” – "Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib:

SUAL: Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub...

CAVAB: Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir…

Görünən odur ki, "Keşlə”nin baş məşqçisi Yuri Maksimovya Azərbaycan futbolundan xəbərsizdir, ya da "Qarabağ”ın ötən il bütün dünyanı şoka saldığını bilmir. Çünki digər məqamları analiz etsək bu fikirlər birmənalı şəkildə ölkəmizdə yetişməkdə olan yüzlərlə futbolçunun təhqir olunması deməkdir. Əgər Sohnanın topu qəbul edib, etməməsi böyük uğurdursa, bu o deməkdir ki, yerli futbolçular heç bunu da bacarmır. İkinci bir məqam isə ondan ibarətdir ki, futbolçunun işi elə topladır. Sohna peşəkar deyilsə komandada nə işi var? Və yaxud sırf topu ayaqda saxlaya bilən peşəkar futbolçu hesab oluna bilərmi?

Müsahibəni tam təqdim edirik:

Topaz Premyer Liqasında 17-ci turun "Keşlə” – "Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələrdən gənc futbolçuları meydana buraxdıq. Amma onlar hazır deyildilər. "Sumqayıt” bu gün güclü idi. Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyildilər. Səhvlərimiz oldu. Amma komanda mübarizə apardı.

- Kubokda da "Sumqayıt”la qarşılaşacaqsız. Bu oyuna həmin matçı da nəzərə alaraqmı baxırdız?

- Biz rəqibi analiz edib, öyrənirdik. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdi ki, "Sumqayıt” bizdən güclüdür.

- Komandanız hansı komponentlərdə rəqibə uduzdu?

- Bəzi futbolçular oyuna qızdırmalı halda çıxmışdı. Buna görə çətin oldu. Slavik, Məqsəd, Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Hardasa alındı. Bəzi gəncləri meydana buraxdıq. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. Biz gördük ki, hələ belə vacib oyunlara hazır deyillər. Xüsusilə əvəzetmələr problem yaratdı.

- Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub...

- Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir.

7NEWS.az

RƏYLƏR