Kibariyə ona xəyanət edən əri ilə əl-ələ - Foto

OXUNUB: 812 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, müğənni Kibariyənin həyat yoldaşı Ali Küçükbalçık Bodrumda başqa qadınla görüntülənmişdi. Ardınca ikilinin boşananma xəbərləri yayılmışdı.

 
İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, ötən gün cütlük tədbirlərdən birinə əl-ələ gəlib. İddialara görə, Kibariyə xəyanət xəbərlərinə baxmayaraq boşanmaq fikrindən daşınıb və bu sözləri deyib:

"Mənim bir qızım var. Evimdə də xoşbəxtəm və boşanmıram. Çox şükür olsun ki, 50 ildir səhnədəyəm". 

İfaçı anasının rəqsi ilə bağlı da danışıb:

"Anamın əllərindən öpürəm. Məni yaxşı böyütdüyü üçün onu çox sevirəm. Anam mənim doğum günümdə rəqs etmişdi”.

Qeyd edək ki, müğənninin anası Makbule Tokmak qızının boşanacağı xəbərlərini eşidib küçənin ortasında rəqs etmişdi. Görüntülər sosial şəbəkədə yayılmışdı.
 
İcmal.Az

 

 

RƏYLƏR