Kılıcdaroğlu Azərbaycan gömrüyündəki rüşvətdən danışdı: "Bizdən əlavə pullar alırlar..." - VİDEO

OXUNUB: 357 GÜNDƏM İQTİSADİYYAT
Türkiyənin aparıcı müxalifət partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu Azərbaycan gömrükçülərinin son zamanlar Türkiyədən olan TIR sürücülərini incitməsi, onlardan əlavə pullar tələb etməsi faktından danışıb.

CHP lideri bu olanların iki qardaş ölkənin adına yaraşmadığını deyib. 

O deyib ki, əgər Azərbaycan və Türkiyə eyni millət, iki dövlətdirsə, nədən türk sürücülərinə bu münasibət var?

İctimaiyyət qarşısında çıxış edən Kılıcdaroğlu bu olaya görə həm də AKP hökumətini tənqid edib. 

O qeyd edib ki, Türkiyə yetkililəri bunu bildiyi halda Azərbaycanla problemi müzakirə etməyib.


Son zamanlar türkiyəli yük avtomobillərinin sürücülərinin Azərbaycanın gömrük keçid məntəqələrində üzləşdikləri problemlər, pis rəftar və onlardan tələb olunan əlavə qanunsuz rüsumlarla bağlı xəbərlər davamlı hal almağa başlayıb. 

Bununla bağlı mediada çıxan xəbərlərin birində deyilir: "İki dövlət, bir millət dediyimiz Azərbaycan, həqiqətən də, burada bizə çox haqsızlıq edir, haqsızlıqlar görürük. Buraya atdığımız ilk addımda bizimlə kobud rəftar edirlər. Bu bizə ağır gəlir. Ötən gün oradakı məmurlardan birinə dedim ki, sizin bizimlə bu rəftarınız məni öldürür.

Əvvəllər gediş-gəlişə 235 dollar ödəyirdik. İndi sadəcə gedişi ediblər 360 dollar, yəni gediş-gəliş edir 720 dollar. Heç yükdən 720 dollar qalmır, sən necə 720 dollar alırsan? Naxçıvan və Azərbaycan gömrükləri bizə zülm edirlər. Xüsusilə də bu müharibədən sonra. Qarabağı aldıqdan sonra bizə qarşı rəftar tamamilə dəyişib”./gununsesi.info



RƏYLƏR