Killerlər öldürəcəyi şəxsi səhv saldılar - Başqa qadın öldürüldü

OXUNUB: 612 DÜNYA

ABŞ-ın Florida ştatında qorxunc cinayət baş verib.

3 killer öldürəcəkləri şəxsi səhv salıblar və nəticədə 42 yaşlı qadını öldürüblər.

Cinayətkarlar qadının cəsədini torbaya qoyaraq bir yük maşınının arxasına atıblar.

Polis qısa zamanda cinayətkarları ələ keçirməyi bacarıb. Onların ilkin ifadəsində söylədikləri isə ən az cinayət qədər qorxunc olub. Belə ki, killerlər öncə qadını qaçırıblar. Qadını dindirən zaman onun öldürülməsi istənilən şəxs olmadığını anlayıblar. Buna baxmayaraq, qaçırdıqları qadını öldürüblər.

Hazırda faktla bağlı araşdırma aparılır./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR