Kim Çen In yeni raketin silsilə istehsalına dair göstəriş verib

OXUNUB: 821 DÜNYA

Şimali Koreya orta radiuslu ballistik raketin buraxılmasına dair məlumatı təsdiqləyib. 

İcmal.Az xəbər verir ki, ölkənin Dövlət İnformasiya Agentliyinin (DİA) məlumatında buraxılışın uğurlu olduğu bildirilib. 

DİA-nın məlumatına görə, buraxılışı Şimali Koreya lideri Kim Çen In izləyib. O, bu raketin silsilə istehsalına başlamağa dair göstəriş də verib. 

Adı və xarakterik göstəriciləri açıqlanmayan raket hərbi istifadəyə hazırdır. 

Ağ evdən bildiriblər ki, raketin əvvəlki üç sınaqdan fərqli olaraq budəfəki buraxılışda uçuş məsafəsi az olub. 

Cənubi Koreya ordusunun Baş qərargahında Şimali Koreyada bazar günü gündüz saatlarında raketin buraxılışı barədə məlumat yayılıb.  

Cənubi Koreyanın "Renhap” informasiya agentliyinin məlumatına görə, raket 500 km uçaraq Yapon dənizinə düşüb. Keçən həftə buraxılan raket isə 700 km məsafə qət edib. 

RƏYLƏR