Kişi arvadını baltaladı - Hacıqabulda

OXUNUB: 724 HADİSƏ

Hacıqabulda kişi arvadını baltalayıb.

Rayonun Koroğlu küçəsi 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib.

X.Qəmbərova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR