Kişi cüdoçularımız komanda yarışlarında — FİNALDA

OXUNUB: 913 İDMAN
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarının yarımfinalında tatami üzərinə çıxıb.


İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bu dəfə komandamızım rəqibi Özbəkistan komandası olub.

Azərbaycan komandası görüşü 4:1 hesabı ilə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR