KİV: Karlovun qətlinin mümkün sifarişçiləri müəyyən edilib

OXUNUB: 820 DÜNYA

Türkiyə prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlininin mümkün sifarişçilərindən beşinin kimliyini müəyyən edib, bu barədə yerli KİV-ə istinadən Hurriyet Daily News qəzeti məlumat yayıb. 

Onlar faciənin baş verdiyi hoteldə yaşayırdılar və Mövlut Altıntaş ilə əlaqədə ola bilərdilər. Prokurorluq beş şübhəlidən birinin rusiyalı diplomatın qətlinin sifarişçisi ola biləcəyini ehtimal edir.   

Hüquq mühafizəçiləri həmçinin müəyyən ediblər ki, qətldən bir neçə gün öncə Altıntaş hotelin yaxınlığında TM-də FaceTime proqramı ilə şübhəlilərdən biri ilə danışıb, daha sonra isə onunla hoteldə görüşüb.  

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada - Müasir Sənət Mərkəzində "Rusiya Kalininqraddan Kamçatkaya qədər səyahətçilərin gözü ilə” adlı rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Qətli rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət qrup araşdırır. /oxu

 

İcmal.Az

RƏYLƏR