Kiyevdə atışma olub, 3 nəfər yaralanıb

OXUNUB: 683 DÜNYA

 Ukraynanın paytaxtı Kiyev şəhərində dəmiryolu vağzalının yaxınlığında iki naməlum şəxsin travmatik tapançadan açdığı atəş nəticəsində 3 nəfər yaralanıb.

Bu barədə Kiyev Milli Polisi Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Hadisə avqustun 10-da yerli vaxtla səhər saatlarında olub.

Məlumata görə, üç kişi ayaq və əllərindən yaralanıb. Naməlum silahlı şəxslər isə hadisə yerindən qaçaraq gizləniblər.

Hadisənin səbəbi araşdırılır. /report

 

İcmal.Az

RƏYLƏR