Köklüyünə görə tənqid olunan model əsəbiləşdi: "Oyununuzun bir parçası olmayacam"

OXUNUB: 617 ŞOU-BİZNES
Amerikada yaşayan böyük bədən model Melissa Gibson sevdiyi oğlanla şəkillərini İnstaqram səhifəsində paylaşıb.

Fotoları görənlər altından cütlüyün yaraşmadığını, Melissanın çox kök, oğlanın isə arıq olduğunu qeyd ediblər.

Şərhlərə əsəbiləşən Gibson səssizliyini pozub və yazıb:

"Sevdiyiniz insanın yanında parlaq bir libasda şəkil çəkdirmək başqaları tərəfindən müzakirə olunur və köklüyünüz ucbatından tənqid olunmanız sevginizə mənfi təsir göstərir. Əgər bu cür yanaşmadlar bitməsə, onda biz sevgimizi, münasibətimizi, sevdiyimiz insanı itirməmək üçün əlimizdən gələni edəcəyik. Bizim zahiri görünüşümüz təbiidir. Bir-birimizi belə qəbul eidirk. başa düşün ki, siz məni nə qədər əsəbiləşdirməyə çalışsanız da, mən sizin oyunun bir parçası olmayacağam"./axşam
 
 
 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR