Klipinə “erotik” damğası vurulan Hadisədən yeni ekran işi - video

OXUNUB: 600 ŞOU-BİZNES
Müğənni Hadisə Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən "erotik” damğası qoyulduğu "Sıfır tolerans" adlı klipindən sonra yeni ekran işi təqdim edib.

İfaçı eyni adlı mahnının akustik versiyasına yenidən klip çəkdirib.

Lakin yeni ekran işi əvvəlkindən xeyli fərqlənir. Belə ki, bu klipdə sevişmə və öpüşmə səhnələri yoxdur. Bundan başqa, klipdə Hadisənin qapalı geyimi də diqqətdən qaçmayıb. 
Xatırladaq ki, RTÜK musiqi kanallarını Hadisənin "Sıfır Tolerans” klipini yayımladığı üçün cəzalandırmışdı. Buna səbəb açıq-saçıq səhnələrin uşaq və gənclərin fiziki, əxlaqı inkişafına zərər verəcək hərəkətlərə yol verildiyi iddia edilib. /axşam



İcmal.Az

RƏYLƏR