Köln fanatları London küçələrində iğtişaşlar yaratdılar – VİDEO + FOTO

OXUNUB: 909 İDMAN

Dünən Avropa Liqasının qrup mərhələsində keçirilən Arsenal - Köln qarşılaşması zamanı fanatlar üsyan ediblər, məsələyə polis qarışıb.

 Ötən gün 20 mindən çox Köln fanatı Arsenalla matçda komandalarına dəstək olmaq üçün Londona gedib. Lakin onlardan, sadəcə, 3000-i bilet ala bilib.

Arsenalın Emirates Stadionunda polislərlə "Köln" fanatları arasında qarşıdurma yaranıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə matç 1 saat gecikdirilib. Oyun Arsenalın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna baxmağa gələn tanınmış şəxslər sosial şəbəkədə "Köln" fanatlarının etdiklərini biabırçılıq adlandırıblar.

İTV-nin siyasət şöbəsinin redaktoru, "Arsenal" fanatı olan Robert Peston "Twitter"də qeyd olaraq yazıb: "Köln"ün azarkeşləri rüsvayçılıq ediblər. Onlar polislə dalaşıblar, giriş-çıxışlarda təbii ehtiyaclarını ödəyiblər. Artıq mənim Avropa həmrəyliyim sınaqdan keçirildi".

Polislə qarşıdurma nəticəsində 5 nəfər saxlanılıb./oxu

 

RƏYLƏR